8 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Ağ Evin mətbuat katibi koronavirusa yoluxub

Ağ Evin mətbuat katibi Cen Psaki koronavirusa yoluxub.

Banker.az xəbər verir ki, Psaki prezident Co Baydenlə təmasda olmadığını və G20 sammitində nümayəndə heyətini müşayiət etmədiyini bildirib.

“Sonuncu dəfə prezidenti çərşənbə axşamı, iki metr aralıda maskada oturarkən görmüşdüm”, – deyə Psaki söyləyib.

O, peyvənd sayəsində kəskin simptomlar hiss etmədiyini və hal-hazırda evdən işlədiyini də əlavə edib. Psaki tənzimləyicinin tövsiyələrinə istinad edərək, “on günlük karantinin sonunda işə qayıtmağı planlaşdırdığını” vurğulayıb.

Son xəbərlər
Oxşar xəbərlər
X