Bu ilin 10 ayında Azərbaycandan 66 min 113 ton pambıq lifi göndərilib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
2022-ci ilin yanvar-oktyabr aylarında ixrac edilən pambıq lifinin dəyəri 153 milyon 835 min ABŞ dolları olub.
Ötən ilin eyni aylarında ölkədən 163 milyon 93 min dollarlıq 104 min 719 ton pambıq lifi ixrac edilib. Belə ki, pambıq lifinin ixracı dəyər ifadəsində 6% azalıb, miqdar ifadəsində isə 37% azalıb.
Onu da qeyd edək ki, 10 ay ərzində Azərbaycandan 29 milyon 964 min dollarlıq 7 min 493 ton pambıq ipliyi ixrac edilib. 2021-ci ilin müvafiq dövründə isə pambıq iplik 45 milyon 530 min dollar vəsait gətirmişdi və ixrac olunmuş məhsulun həcmi 15 min 360 ton olmuşdu. İllik müqayisədə ixrac edilən pambıq ipliyin dəyəri 34%, miqdarı isə 51% azalıb.