33 C
Baku
Monday, June 17, 2024

“Ağ Şəhər” ərazisində inşa ediləcək yeni metro stansiyası üçün yer ayrılıb

Bakının Nobel prospektində, “Ağ Şəhər” ərazisində inşa ediləcək yeni metro stansiyası üçün yer ayrılıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, yeni stansiya üçün ayrılan ərazi təmsil etdiyi qurum tərəfindən hasarlanıb: “Stansiyanın yeri artıq məlumdur. Şərti adı “Y-14” adlandırılır. Yeni metro stansiyası “Dərnəgül” – “Xətai” xətti üzərində, yəni Yaşıl xətdə yerləşəcək, “Xətai”dən sonrakı stansiya olacaq”.

B.Məmmədov qeyd edib ki, stansiyadan əsasən tikilməkdə olan “Ağ Şəhər” yaşayış məntəqəsinin sakinləri rahatlıqla istifadə edəcəklər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər