25 C
Baku
Saturday, July 27, 2024

AGA Group-un “Ferrum Kapital”ı 2.5 mln. manatlıq borc cəlb edir – illik 13%-lə

Azərbaycanda biznes mərkəzlərinə sahib Dəmirçi ailəsinin faktorinq şirkəti  2.5 milyon manat həcmində borc almağı planlayır.

Banker.az xəbər verir ki, bu, “Ferrum Kapital” QSC-dir.

Şirkət hər birinin nominal dəyəri 1000 manat olan 2 500 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz buraxır. İstiqrazlar BFB-də emissiya ediləcək.

“AGA” Şirkətlər Qrupunun törəməsi 2022-ci ili 2.16 mln. manat xalis mənfəətlə tamamlamışdı.

Şirkət istiqrazı əldə edənlərə illik 13% ödəməyi nəzərdə tutur.

Xatırladaq ki, “Ferrum Kapital” QSC 2017-ci ildə təsis edilib. Onun 2000  manatlıq nizamnamə kapitalının 68%-i Qafar Demirçiyə, 22% isə İran İslam Respublikası vətəndaşı Məhəmməd Həbib Zadə Reza Pərvizə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər