“AGA Group”un biznes mərkəzinə rəhbərlik bu şəxsə həvalə edildi

“AQA Şirkətlər Qrupu” QSC-nin (AGA Group) biznes mərkəzini idarə edən şirkətin rəhbəri dəyişir.

Bu barədə Banker.az şirkətə yaxın mənbədən məlumat əldə edib.

“Caspian Plaza” biznes mərkəzini idarə edən “Kaspian İnvestment Kompani” MMC-nin direktoru Zakir Əşəri vəzifəsindən istefa verib.

Onun yerinə Rahim Əliyev təyin edilib. R.Əliyev 2020-ci ilin oktyabrından ana şirkət olan “AGA Group”da administrativ direktor kimi çalışır.

“Kaspian İnvestment Kompani”  MMC 1993-cü ildə yaradılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.