25 C
Baku
Saturday, July 27, 2024

Ağa Nemətulla – “ilkçi” neftçilərimizdən

Ağa Nemətulla – məşhur azərbaycanlı neftçi, Stalin mükafatının iki dəfə namizədi olmuş bir şəxs idi.

Ağa Nemətulla 1896-cı ildə Cənubi Azərbaycanın Sərab şəhərində dünyaya gəlib. 1915-ci ildə isə atası ilə birgə Bakıya köçür. Elə həmin ildəcə Ramana qəsəbəsində qazma mədənlərindən birində fəhlə olaraq işləməyə başlayır. O 1932-ci ildə baş qazmaçıya çevrilir. Bundan sonra, növbəti illərdə isə Putada qazma bölməsi üzrə baş usta, qazma kontorunun direktoru, trest sədri olaraq çalışmışdır.

Gənc neftçinin ilk uğurları barədə ilk dəfə 14 avqust 1933-cü ildə “Вышка” yazmış və onu “Qazma İzotovu” adlandırmışdır. 1941-ci ildə Ağa Nemətulla Bibi-Heybətdə dünyada ilk dəfə olaraq quyuya endirilən turbinlər vasitəsilə qazma üsulundan istifadə etmişdi. Yeni yaradılmış qazma üsulu əvvəllə Xəzər dənizinin dibində əlçatmaz olan resurslara çatmaq imkanı verirdi.

1942-1943-cü illərdə Ağa Nemətulla Özbəkistan neftçilərinə neft əldə edilməsində köməklik edir. 1946-1947-ci illərdə o mühəndislərlə birgə “Azneft”-də ilk dəfə olaraq turbinlərdən istifadə edərək dənizin dibində quyuların qazılması üsulunu həyata keçirmişdir. Onun yaratdığı üsul vasitəsilə quyuların qazılmasına ayrılan uzun zaman əhəmiyyətli dərəcədə qısaldılmışdır.

Ağa Nemətulla SSRİ Ali Sovetinin və Azərbaycanın deputatı olmuşdur. Qazma sahəsində proqressiv üsulların uğurla həyata keçirilməsi səbəbindən iki dəfə (1947 və 1951-ci illər) Dövlət mükafatına laureat olmuşdur. Bundan əlavə, o iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı, “Şərəf ordeni”, “Əmək şücaəti” medalları və s. ilə təltif edilmişdir.

Ağa Nemətulla 1 yanvar 1958-ci ildə 62 yaşında dünyasını dəyişmişdir.

Onun ölümündən sonra həyat yoldaşına şəxsi təqaüd təyin edilmişdi. Bundan əlavə, Bakıda küçə və Xəzər Dəniz Gəmiçiliyinin gəmisi Ağa Nemətullanın adı ilə adlandırılmışdır.

Son xəbərlər
Digər xəbərlər