6 C
Baku
Thursday, November 7, 2024

“Agalarov” brendi ilə yeni şirkət yaradılıb

Ağalarovların adına daha bir şirkəti təsis edilib.

Banker.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Agalarov Development” MMC (VÖEN: 1806356111) dövlət qeydiyyatına alınıb.

Təşkilatın hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Nardaran ştq, Nardaran-Ləhiş yolu ev.32X ünvanıdır. Şirkət 100 manat nizamnamə kapitalına sahibdir və onun rəhbəri Bənənyarlı Qəmbər Fikrət oğludur.

Son bir ildə Araz Ağalarovun bir neçə şirkəti Rusiyadakı “Crocus”un adını Bakıdakı şirkətlərdən götürüblər. Belə ki, “One Construction” MMC-yə, “Crocus Event Baku” MMC  “Agalarov Event” MMC-yə və “Crocus Plus” MMC adını dəyişdirməklə “Restaurants Plus” MMC-yə çevrilib.

 

 

Son xəbərlər
Digər xəbərlər