17 C
Baku
Friday, April 19, 2024

Ağalarov milyarderlər adasındakı evini 8,5 milyon dollara satdı

Azərbaycanlı milyarder Araz Ağalarov ABŞ-ın Flordida ştatındakı Fişer adasındakı (Mayami sahilləri) elit “Palazzo Del Sol” kompleksindəki mənzilini 8.5 milyon dollara satıb.
 
Banker.az yerli resursa istinadən xəbər verir ki, sənədlərə əsasən həmin mənzili alan Rusiya parlamentinin deputatı Boris Reznikdir.
İlkin məlumatlara görə, mənzilin satışına dair sövdələşməyə əsasən əmlakın hər kv.metri üçün 1786 dollar hesablanıb. Lakin bu qiymətə mənzilin mebeli daxil deyil. Alıcı mebellər üçün əlavə 930 min dollar da ödəyib və nəticədə əmlakın ümumi satış qiyməti  9.4 milyon dollar olub.
Qeyd edək ki, Fişer adası milyonerlər və milyarderlər adası kimi tanınır, oranın sakinləri ancaq zənginlərdir.
©BakuPost
Son xəbərlər
Digər xəbərlər