Rusiyada yaşayan Araz Ağalarovun Azərbaycandakı şirkətlərinin adından “Crocus” brendi götürülür.
Banker.az məlumat əldə edib ki, son bir ayda adları dəyişdirilənlər “Crocus Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Crocus Event Baku” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Hər iki şirkət baş ofisi Rusiyada olan “Crocus”un törəmələridir.
Belə ki, “Crocus Construction” MMC adını dəyişərək, “One Construction” MMC-yə, “Crocus Event Baku” MMC isə “Agalarov Event” MMC-yə çevriliblər.
İki şirkət müvafiq olaraq 2010 və 2020-ci illərdə təsis edilib. Şirkətin direktoru Cəmilə Ağalarovadır.
C.Ağalarova, Azərbaycanda fəaliyyətdə olan “Crocus Trading”, “Crocus Fitness”, “Crocus Plus” və “Crocus İnteriors” MMC kimi şirkətlərə rəhbərlik edir.
Xatırladaq ki, Araz Ağalarov 2018-ci ildə ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına 96 rusiyalı biznesmen ilə birgə daxil edilmişdi, lakin cari ildə o hansısa sanksiya ilə üzləşməyib.