11 C
Baku
Tuesday, March 5, 2024

Ağalı kəndində Polis sahə məntəqəsi yaradıldı

Zəngilan Rayon Polis Şöbəsinin müasir tipli Polis sahə məntəqəsi Ağalı kəndində fəaliyyətə başlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, iyulun 19-dan başlanaraq  Zəngilanın Ağalı sakinlərinin 30 illik həsrətinə son qoyulub:

“Mərhələli şəkildə Ağalı sakinləri doğma yurd yerlərinə qayıtdılar. Ağalıda sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.

Asayişin, təhlükəsizliyin, hüquq qaydalarının qorunması üçün kənddə Zəngilan rayon Polis Şöbəsinin müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb. Hazırda yeni məntəqədə xidməti vəzifələrin icrası üçün hər cür zəruri şərait yaradılıb, əməkdaşlar müasir texniki və xüsusi avadanlıqla təchiz olunublar”.

Son xəbərlər
Digər xəbərlər