Banker.azın verdiyi məlumata görə, AGBank 2017-ci ilin 2-ci rübünün sonuna dair hesabatları açıqlamışdır.
Hesabatlara əsasən, bank müvafiq dövrdə 1.5 mln. manat zərər edib. Məlumat üçün bildirək ki, ötən rüb bankın zərəri 1.8 mln. manat təşkil etmişdir.
İyun ayının sonuna bankın aktivləri qismən azalaraq 502 mln. manata düşmüşdür. Azalma əsasən öhdəliklər hesabatına baş vermişdir.
Qeyd edək ki, hazırda bankın kapitalı 52 mln. manat təşkil edir.