15 C
Baku
Friday, April 26, 2024

AGBank 2018-ci ili üzrə maliyyə vəziyyətini açıqladı

2018-ci ili AGBank çox uğurlu tamamladı. İlkin olaraq onu qeyd etmək istəyirik ki, bank 2017-ci ildən fərqli olaraq 2018-ci ili gəlirlə başa vurmuş və il ərzindəi 5,4 mln. manat xalis gəlir əldə etmişdir. Bundan əlavə bank il ərzində səhmlərin iki emissiyasını həyata keçirərək nizamnamə kapitalını 1,6 mln. manat artıraraq 103,8 mln. manata çatdırmışdır.

Bu barədə Bankın açıqlamasında deyilir.

İl ərzində faiz xərclərinin 25% azaldılması hesabına 2018-ci ildə bankın faiz marjasında artım tempi 54% təşkil etmişdir.

Qeyri-faiz gəlirləri 5,4 milyon manat artmış, qeyri faiz xərcləri isə 6,3 milyon manat azalmışdır. Bunun nəticəsində bankın qeyri-faiz marjası 38% artmışdır. Qeyri faiz gəlirlərin artımı əsasən əməliyyat gəlirlərinin artması hesabına baş vermişdir. Qeyri faiz gəlirlərinin qeyri faiz xərclərini örtülmə nisbəti 112% təşkil edir ki, buda beynəlxalq təcrübədə qəbul olunmuş 50% əmsaldan 2.2 dəfə artıq göstəricidir.

Bankın qəbul etdiyi xərclərin optimallaşdırılması strategiyasına uyğun olaraq 2017-ci illə müqayisədə inzibati xərclər 1,1 milyon manat azalmışdır. Mövcüd kadr potensialından səmərəli istifadə olunması nəticəsində işçilərə çəkilən xərc əvvəlki illə müqayisədə 10% azalmışdır.

Bankın dayanıqlığını qiymətləndirmək üçün beynəlxalq praktikada istifadə olunan bir sıra göstəricilərdə də müsbət nəticələr əldə olunmuşdur. Belə ki, gəlirlərin və xərclərin artım tempi müvafiq olaraq 1,10 və 0,89 olmuş və nəticədə gəlirlərin artımının elastikliyi əmsalı 1,24 olmuşdur. Əmsalın 1-dən çox olması vəsaitlərin qənaətlə istifadəsini göstərir. 2018-ci ilin nəticəsinə görə bank keçmiş illərdə itirmiş kapitalını bərpa etmişdir. Belə ki, 31 dekabr 2018-ci il tarixinə bankın məcmu kapital 52,4 milyon manat və məcmu kapitalın adekvatlıq əmsalı 10,11% təşkil etmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər