15 C
Baku
Friday, April 26, 2024

“AGBank” 2019-cu ilin ilk rübünə maliyyə hesabatını açıqladı

“AGBank” ASC-nin 1 aprel 2019-cu il tarixinə cəmi aktivləri 495,17 mln. manat, cəmi öhdəlikləri 443,72 mln. manat və cəmi kapitalı isə 51,45 mln. manat təşkil edib.

Banker.az bu barədə kommersiya bankının 2019-cu ilin I rübünə açıqladığı maliyyə hesabatına istinadən xəbər verir.

İlk rübdə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə demək olar ki, dəyişməz qalıb. Cəmi aktivlərinin 247,98 mln. manatı müştərilərinə verdiyi kreditlərdir.

Hazırda bankın müştərilərdən cəlb etdiyi əmanət portfelinin həcmi 221,17 mln. manat təşkil edir.

Bank 2019-cu ilin yanvar-mart ayları ərzində cəmi faiz gəlirlərini 3,51 mln. manat təşkil edib. Bu ötən ilin müvafiq dövrünə nisbətdə 70% bu il daha az gəlir əldə edə bilməsi deməkdir. Bankın əməliyyat zərəri ümumilikdə 886,14 min manat təşkil etsə də problemli kreditlərdən geri dönüş (437,91min manat) bankın zərərin bir qədər azaldaraq 531,36 min manata salıb.

Bankın xüsusi kapitalında illərdir qalmış zərərin həcmi 623,43 mln. manatdır.

Xatırladaq ki, “AGBank” ASC-nin nizamnamə kapitalı 102,2 mln. manat olmaqla səhmlərinə aşağıdakı səhmdarla nəzarət edir:
♦ 45,61% – 78 Minoritar Səhmdar
♦ 33,57% – Çingiz Əsədullayev
♦ 8,30% – Marçenko Qriqoriy
♦ 5,79% – Fərzulla Yusifov
♦ 4,28% – Beynəlxalq Maliyyə Korporasiyasi
♦ 2,45% – Kazimir Partners Şirkəti (Böyük Britaniya)

Annotation 2019 04 19 085455

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər