AGBank ASC bankomat şəbəkəsini genişləndirir®

0

AGBank ASC əhalinin bank xidmətlərindən rahat və operativ şəkildə yararlanması üçün yeni bankomat istifadəyə verib. Bankomat Bakı şəhəri, C. Səlimov küç., 7 ünvanında yerləşən  Rahat Market –də  quraşdırılaraq müştərilərin ixtiyarına verilmişdir. Bankomatların sayına görə, AGBank Azərbaycanda fəaliyyət göstərən banklar sırasında hər zaman ilk sıralarda qərarlaşıb. Bankın mühüm prioritetlərindən biri fəaliyyət coğrafiyasını və hazırda 18 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Ağdaş, Şamaxı, Şirvan və Salyanda yerləşən 63 bankomatlardan ibarət müştəriyə xidmət şəbəkəsinin genişləndirilməsidir. Bank hər il bankomatların sayının artırılması, onların texniki baxımdan yenilənməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirir. 

Məlumat üçün bildirək ki, AGBank-ın bankomatları vasitəsilə nağd pulun alınması, hesab üzrə çıxarışların alınması, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, kommunal xidmətlərinin ödənilməsi, bir kartdan digər karta pul vəsaitinin köçürülməsi (Card-to-Card xidməti) əməliyyatlarını aparmaq mümkündür.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.