Azərbaycanın aparıcı banklarından olan AGBank əhalinin bank xidmətlərindən rahat və operativ şəkildə yararlanması üçün yeni bankomatı istifadəyə verib.
Bankomat Bakı şəhəri, Qara Qarayev prospekti, 30/42 ünvanında, Qara Qarayev m/s çıxışının yaxınlığında müştərilərin ixtiyarına verilmişdir.
Bankomatların sayına görə, AGBank Azərbaycanda fəaliyyət göstərən banklar sırasında hər zaman ilk sıralarda qərarlaşıb. Bankın mühüm prioritetlərindən biri fəaliyyət coğrafiyasını və hazırda 18 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Ağdaş, Şamaxı, Şirvan və Salyanda yerləşən çoxsaylı bankomatlardan ibarət müştəriyə xidmət şəbəkəsinin genişləndirilməsidir. Bank hər il bankomatların sayının artırılması, onların texniki baxımdan yenilənməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirir.
Məlumat üçün bildirək ki, AGBank-ın bankomatları vasitəsilə nağd pulun alınması, kart hesabı üzrə çıxarışların alınması, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, kommunal xidmətlərinin ödənilməsi, cash in, bir kartdan digər karta pul vəsaitinin köçürülməsi (Card-to-Card xidməti) və s. əməliyyatları aparmaq mümkündür.
AGBank. Zəngin olmaq-haqqınızdır.