26 C
Baku
Wednesday, April 24, 2024

AGBank dəyərli müştəriləri üçün 2 yeni kampaniya hazırlayıb

Daim müştərini düşünən AGBank, 15 oktyabr 2018-ci il tarixindən 15 oktyabr 2019-cu il tarixinə gədər iki kampaniyaya start verilir.

Birinci kampaniyaya əsasən, AGClub Premium kart paketini sifariş edən müştərilərə A kateqoriyalı seyf qutusu kartların etibarlılıq müddətinə pulsuz təqdim ediləcək. Nəzərinizə çatdıraq ki, AGBank Azərbaycanda yeganə bankdır ki, müştərilərə plastik kart paketləri əldə etmək imkanı yaradır. Plastik kart paketləri bir hesaba bağlı bir-neçə kartdan ibarətdir. Hər bir paketin tərkibinə isə ödəniş kartlardan əlavə, müəyyən restoranlar, alış-veriş mərkəzləri və s. 250-yə yaxın partnyor şəbəkəsində xüsusi endirimlərdən yararlanmaq imkanı yaradan “AGClub Discount” endirim kartı daxildir. Plastik kart paketlərin üstünlükləri ondan ibarətdir ki, bir kart itirildikdə və ya zədələndikdə, bu hesabda olan vəsaitdən digər kart vasitəsi ilə də istifadə etmək mümkün olur. Bu isə, əsasən xaricdə olarkən və yeni kartın sifarişi üçün bankınıza gəlmək imkanınız olmadıqda, daha da əlverilişlidir. Həmçinin, bir şəxs bir plastik kart paketi rəsmiləşdirməklə, bu hesabdan ailə üzvlərinin də yararlanmasını təmin edə bilər. Paketlərin çoxsuna həm VİSA, həm də MasterCard kartları daxildir. Bu da paketlərin rahatlığını bir daha sübut edir. Həm unikal kart paketlərinə sahib olun, həm də seyf qutusundan istifadə edin!

Bankın eyni müddətdə həyata keçirdiyi digər bir kampaniya isə İnternet Bankinq xidmətinə qoşulan fiziki və hüquqi şəxslərə, müvafiq olaraq A və B kateqoriyalı seyf qutuları 1 ay müddətinə pulsuz təqdim ediləcək. Hansı ayın olduğunu müştəri özü müəyyən edə biləcək, kampaniya müddəti ərzində istənilən ay seçilə bilər. İnternet Bankinq xidməti vasitəsilə müştəri cari hesabları, kart hesabları, əmanətləri, köçürmə və ödənişləri Banka gəlmədən internet olan istənilən yerdən rahat və təhlükəsiz qaydada idarə edə bilər. İndi həm bu rahat xidmətdən istifadə etmək, həm də hədiyyə kimi təqdim edilən 1 aylıq seyf qutusundan yararlanmaq mümkün olacaq.

Qeyd edək ki, seyflərin mühafizəsi ən son təhlükəsizlik və qorunma texnologiyalarına etibar edilib. Belə ki, seyf otağı xüsusi olaraq nəzərdə tutulmuş həyəcan siqnalları, hərəkət və titrəmə detektorları ilə mühafizə olunur. Bundan əlavə seyf otağının giriş qapısı yüksək qorunma kateqoriyasına aiddir və barmaq izinin oxunması funksiyası ilə təchiz edilib. Seyf qutuları qiymətli metallar, daş-qaşlar, valyuta, vacib sənədlərin istər əsli, istərsə elektron daşıyıcıda elektron versiyasını və digər əşyalarınızı mühafizə edə biləcəyiniz ən etibarlı yerdir. Hər bir qutunun iki açarı vardır. Hər iki açardan istifadə hüququ yalnız sahibinə məxsusdur.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.agbank.az saytına, 135 Sorğu Mərkəzinə və ya Bankın sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
AGBank. Zəngin olmaq – haqqınızdır!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər