10 C
Baku
Thursday, December 12, 2024

AGBank fevralın 1-dən kartlardan vergi tutmağa başlayacaq

Vergi Məcəlləsində dəyişikliklərin edilməsi haqqında 16.12.2016-cı il tarixli qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq 01.02.2017-ci ildən etibarən AGBank-ın kartları ilə həyata internetdən online keçirilən əməliyyatlardan müvafiq vergilərin ödənilməsi nəzərdə tutulub.

Bunun üçün Banklar Assosiasiyası nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupu tərəfindən vergi tutulacaq əməliyyatların siyahısını hazırlanıb Vergilər Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmışdır.

Banker.azın verdiyi məlumata görə, AGBank tərəfindən dəyişikliklərin icrası 01.02.2017-ci il tarixindən başlanacaq.

Belə ki, qeyd edilən tarixdən etibarən

– Xidmətlərin ödənişi (+18%);

– Mərc oyunları, lotereyalar və digər yarışlarla bağlı ödəniş (+18%, uduş üzrə 10 %)

– Pul kisələri ilə bağlı xidmətlər, vəsaitlərin göndərilməsi üzrə ( +10%)

verginin tutulması qərara alınıb.

Son xəbərlər
Digər xəbərlər