13 C
Baku
Friday, April 19, 2024

AGBank-ın maliyyə durumu bəlli oldu

“AGBank” ASC-nin 1 iyul 2019-cu il tarixinə olan aktivlərinin həcmi 471,62 mln. manat təşkil edib. Bu da ilin əvvəli ilə müqayisədə 5% kiçilmə olması deməkdir.

Banker.az bu barədə Bankın 2019-cu ilin 2-ci rübünə dair maliyyə hesabatına istinad edir.

Bankın cəmi aktivlərinin 233,59 mln. manatı müştərilərə verilmiş kreditlərdir. Digər 140,47 mln. manatı başqa banklardakı müxbir hesablarıdır, o cümlədən, 122,35 mln. manatı qeyri-rezident banklardadır.

Cəmi öhdəlikləri 2019-cu ilin ilk 6 ayı ərzində 5,4% kiçilməklə 420,37 mln. manat təşkil edib. Hazırda öhdəlikərin 222,83 mln. manatı müştərilərdən cəlb etdiyi əmanətləridir.

Son xəbərlər
Digər xəbərlər