11 C
Baku
Monday, November 25, 2024

AGBank-ın Xəzinədarlıq Departamentinin Direktoru İsi Mustafayev ilə müsahibə

Banker.az  AGBank-ın Xəzinədarlıq Departamentinin Direktoru – İsi Mustafayev ilə müsahibəni sizlərə təqdim edir.  

— Zəhmət olmasa, özünüzü təqdim edərdiniz, təhsiliniz haqda ümumi məlumat.

Mustafayev İsi Yusif oğlu, ali təhsilli, 1995-1999-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr dərəcəsi, 1999-2001 Azərbaycan Dövlət İqtisad Universitetini magistr təhsili almışam. Bank Tədris Mərkəzinin eksperti, Azərbaycan Banklar Assosasiyasında Xəzinədarlar Ekspert qrupunun üzvü.

Əmək fəaliyyətimə 2001-ci ildən qiymətli kağızlar bazarında fəaliyyətlə başlamışam. 2003-2016-cı illərdə Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışmışam. Bu illərdə ərzində iqtisadçı vəzifəsindən şöbə rəisi vəzifəsinə qədər yüksəlmişəm. 2016-cı ildən “AG Bank” ASC-nin Xəzinədarlıq departamentinin direktoruyam. Dövlət sektorundan çıxıb kommersiya sektorunda işləmək çətin olsada “AG Bank”ın kollektivi sayəsində bu keçid mənim üçün cox rahat oldu. Fürsətdən istifadə edərək bankın bütün kollektivinə öz dərin minnətdarlığımı bildirirəm.

— Bu günə kimi daha hansı banklarda çalışmısınız?

Qeyd etdiyim kimi, 2003-2016-ci ilə qədər Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışmışam. Avqust 2007-Sentyabr 2014-cu il tarixlərində Əmanətlərin Sığortalanması Fondunun Müşahidə Şurasının üzvü olmuşam. 27.01.2016-14.04.2016-ci il tarixlərində “Qafqaz İnkişaf Bankı” ASC-də müvəqqəti inzibatçı olmuşam. 01.06.2016-ci il tarixindən “AG Bank” ASC-də Xəzinədarlıq departamentinin direktoruyam.

— Bəs AG Bankla yollarınız necə kəsişdi?

“AG Bank” ASC-nin İdarə Heyətinin sədri cənab Əfqan Cəlilov ilə uzun müddət Mərkəzi Bankda bir yerdə işləmişik. Banklara nəzarət bloku Mərkəzi Bankdan alınıb yeni yaranan Maliyyə Bazarlarına Nəzarət Palatasına verildikdən sonra həyata keçirilən struktur dəyişiklikləri ilə əlaqədar öz bilik və bacarığımı kommersiya sektorunda tətbiq etmək imkanı yarandı. Kecmiş həmkarım və dostumun təklifini qəbul elədim və “AG Bank” komandasına qoşuldum.

— Bu illər ərzində karyeranızda ən böyük nailiyyətiniz nə olub?

Savadlı, təcrübəli dostlar tapdım.

— Bu gün bank və maliyyə sektorunda çalışmaq istəyən xeyli sayda gənclər var. Onlar hansı tövsiyələriniz var?

Bank sektorunda çalışmaq istəyən şəxs ilk növbədə iqtisadiyyat üzrə fundamental biliklərə malik olmalıdır. Fundamental biliklər olmadan iqtisadi prosesləri anlamaq mümkün deyil. Bundan əlavə bu sahə üzrə təcrübəli kadr olmaq üçün düzgünlük, dəqiqlik kimi keyfiyyətlərlə yanaşı səbirli olmaqda lazımdır. Çünki bu peşə uzunmüddətli təcrübə tələb edir.

— Bəlli müddətdir bu sektorda çalışan biri kimi, hazırda bank sektorunun vəziyyətini necə qiymətləndirərdiniz?

Bank sistemi hələki, 2 devalvasiya şoku zamanı sistemə dəyən yaraları sagaltmaq mərhələsindədir. Bank sistemində canlanma 2018-ci ilin əvvəllərindən müşahidə olunmağa başlayır. Bu ilk növbədə ölkə iqtisadiyyatında baş verən müsbət tendensiyalar ilə yanaşı əhalinin bank sisteminə olan inamının bərpası ilə əlaqədardır. Lakin onu qeyd etmək istəyirəm ki, sistemdə müşahidə olunan canlanma və sabitlik hələ ki, tam bərpa edilməyib çox kövrəkdir. Bu canlanma və inkişafı qoruyub saxlamaq üçün dövlət və biz bankların üzərinə böyük iş düşür.

— Daha hansı yeniliklərin tətbiq olunmasını istərdiniz?

İlk növbədə yeni texnoloği yeniliklərin tətbiqi, mobil ödəniş sistemlərinin (Apple Pay, Samsung Pay kimi ödəniş sistemləri), bazarda fəaliyyət göstərən bütün investorların mövcüd ticarət terminallarına cixiş imkanlarının sadələşdirilməsi və bazarda mövcüd alət və qiymətlər barədə operativ məlumatları özündə cəmləşdirən vahid informasiya sisteminin yaradılması.

— İsi müəllim, Azərbaycan banklarında xəzinədarlığın inkişafını necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, bazarda bankın fəaliyyətini effektiv təşkil etmək üçün kifayət qədər alətlər varmı?

Azərbaycan banklarında xəzinədarlığın formalaşması 20-25 illik uzun bir inkişaf dövrü keçib. Lakın hal hazırda xəzinədarlığın səviyyəsini “ağır tibbi əməliyyatdan çıxan pasiyentin reabilitasiyası dövrü” kimi qiymətləndirmək olar. 2015-2016-cı illərdə müşahidə olunan 2 devalvasiya şoku ölkə iqtisadiyyatı ilə yanaşı bank sisteminin də tənəzzülünə səbəb olmuşdur. Bu isə öz növbəsində xəzinədarlığın iş rejiminə öz təsirini göstərmişdir. Digər tərəfdən ölkə reytinqinin investisiya reytinqi səviyyəsindən aşağı salınması bankların xarici bazarlara çıxışını çətinləşdirmişdir. Bu isə öz növbəsində xəzinədarlığın xarici maliyyə alətlərindən istifadə imkanlarını məhdudlaşdırmışdır. İndiki şəraitdə xəzinədarlıq çox çətinliklə xaricdən vəsaitlər cəlb edə bilir. Xarici maliyyə bazarları ilə əməliyyatlar yalnız vəsait yerləşdirilməsi, valyuta əməliyyatları ilə məhdudlaşır. Həyata keçirdiyimiz əməliyyatların böyük hissəsi daxili maliyyə bazarlarının payına düşür.

Sualınızın ikinci hissəsi ilə əlaqədar bildirmək istəyirəm ki, xarici maliyyə bazarlarında kifayət qədər alət olmasına baxmayaraq bu bazarlara Azərbaycan banklarının girişi məhduddur. Daxili maliyyə bazarlarında olan alətlər isə çeşid baxımından çox kasaddır və xəzinədarlığın tələbini tam ödəmir. Bu boşluğu aradan qaldırmaq üçün qəbul edilmiş maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində müvafiq işlərin görülməsi nəzərdə tutulmuşdur. Belə ki, sənəddə “Maliyyə bazarlarının inkişafı” tədbiri nəzərdə tutulmuşdur və Strateji Yol Xəritəsinin 2017-ci il üzrə icra vəziyyəti ilə bağlı illik qiymətləndirmə hesabatında (http://iqtisadiislahat.org/store//media/documents/SYX/2017/8_Maliyye_opt.pdf) bu istiqamət üzrə görüləcək işlərin icra vəziyyəti 67% səviyyəsindədir. Bazarın inkişafını təmin edəcək əsas təbirlərdən olan “2.3.1. Banklararası pul bazarının təşviqi” qismən icra edilmiş, “2.3.3. Marketmeyker institutunun yaradılması” tədbiri isə təəssüflər olsun ki, icra edilməmişdir.

— Bu gün Azərbaycan bank sektorunda hansı çatışmazlıqlar var?

İlk növbədə bankların maliyyə dayanıqlığın möhkəmləndirmək lazımdır. Bunun üçün banklara dövlət tərəfindən dəstək lazımdır. Dövlət dəstəyi yalnız maliyyə dəstəyi ilə məhdudlaşmamalı, özündə kompleks tədbirləri birləşdirməlidir. Digər tərəfdən dövlət dəstəyi əvvəllər olduğu kimi 1-2 bankı deyil bütün bank sistemini əhatə etməlidir.

Hüquqi baza təkmilləşdirilməlidir. Bankların birbaşa qiymətli kağızlar bazarına çıxış imkanları qanunvericilikdə öz əksini tapmalıdır. Qəbul edilən hüquqi sənədlərdə öz əksini tapan məhdudlaşdırıcı normativlər bank sisteminin inkişafını ləngitməməli əksinə onun inkişafına təkan verməlidir.

Photo 1Təkmilləşməyə ehtiyacı olan 3-cü əsas sahə bazar infrastrukturudur. Bu istiqamətdə ilk növbədə hesablaşmalar zamanı klirinqin sadələşdirilməsi, ticarət terminallarına cixiş imkanlarının genişləndirilməsi və bazarda mövcüd alət və qiymətlər barədə operativ məlumatları özündə cəmləşdirən vahid informasiya sisteminin yaradılmasıdır.

— Azərbaycan bankçılığı bazarında xəzinədarlığı inkişafına mane olan və ya onun inkişafını ləngidən hansı halları hesab edirsiniz? Ümumiyyətlə qanunvericikdə sizin fikrinizcə hansı dəyişikliklərə ehtiyac varkı bizim bank sistemi Qərb ilə ayaqlaşa bilsin?

Xəzinədarlığın inkişafına mane olan hallar deyil daha çox maliyyə bazarlarının inkişafına mane olan amillər barədə danışmaq istərdim. Belə ki, bizim işimiz birbaşa maliyyə bazarlarının inkişaf səviyyəsindən asılıdır. Maliyyə bazarlarında təkmilləşməyə ehtiyacı olan sahələr barədə əvvəlki sualda qeyd eləmişəm. Bu sahədə mövcüd olan boşluqlardan biridə təcrübəli kadrların azlığıdır. Belə ki, xəzinədarlıq peşəsi dərin bilik və uzun müddət təcrübə tələb edən bir sahədir. Gələcəyin peşəkarların hazırlamaq üçün Bank Tədris Mərkəzi, Maliyyə Bazarında Təlim və maarifləndirmə Mərkəzi və ya bu istiqamət üzrə ixtisaslaşmış mərkəzlərdə təcrübəli xəzinədarların iştirakı ilə müvafiq kursların keçirilməsi daha məqsədəuyğun olar.

Bizim bank sisteminin Qərb ilə ayaqlaşa bilməsi üçün qanunvericilikdə çoxlu dəyişiklik və təkmilləşməyə ehtiyac var. Qanunların qəbul edilməsi hələ işin hamısı deyil, qəbul edilmiş normativ sənədlərin effektiv tətbiqi və icrası, icraya nəzarət davamlı inkişafın əsas sütunudur. Digər tərəfdən qəbul edilmiş normativ sənədlər sadə və ziddiyyətli olmamalıdır. Təəssüflər olsun ki, maliyyə bazarlarını tənzimləyən normativ sənədlər də belə hallar mövcuddur. Bir xəzinədar kimi ilk növbədə qanunvercilikdə bankların qiymətli kağızlar bazarına birbaşa çıxış imkanlarının yaradılması üçün müvafiq dəyişikliklərin edilməsini təklif edirəm.

— Devalvasiyadan sonra xeyli müddət keçib. Şübhəsiz bu ümumi bank sektorunda olan bütün sahələrə ciddi təsir göstərmişdir, həmçinin xəzinədarlıq. Bazarda artıq canlanmanı müşahidə edirsinizmi? Bu hansı müddətdən sonra daha çox sezilməyə başlayıb?

Bank sistemində canlanma 2018-ci ilin əvvəllərindən müşahidə olunmağa başlayır. Bu ilk növbədə ölkə iqtisadiyyatında baş verən müsbət tendensiyalar ilə yanaşı əhalinin bank sisteminə olan inamının bərpası ilə əlaqədardır. Lakin onu qeyd etmək istəyirəm ki, sistemdə müşahidə olunan canlanma və sabitlik hələ ki, tam bərpa edilməyib çox kövrəkdir. Bu canlanma və inkişafı qoruyub saxlamaq üçün dövlət və biz bankların üzərinə böyük iş düşür. Görüləsi çox işlərimiz var.

— Ölkəmizin xəzinədarlıq sistemində mövcud olan konkret hansı çatışmazlıqlar xarici ölkələrlə maliyyə əməkdaşlığına mane olur?

İlk növbədə ölkə reytinqinin investisiya reytinqindən aşağı olması yerli bankların xarici bazarlara çıxışını məhdudlaşdırır. Digər tərəfdən ölkədə müşahidə olunan 2 devalvasiya şoku xarici valyutada əməliyyatların həcminə də təsir göstərmişdir. Xarici valyutada kreditləşməyə marağın azalması (məzənnə riskinin böyük olması ilə əlaqədar) banklar tərəfindən xaricdən vəsaitlərin cəlb edilməsini məhdudlaşdırmışdır. Xaricdən vəsaitlərin cəlb edilməsi yalnız cari likvidliyin və ya valyuta mövqeyinin tənzimlənməsi məqsədilə həyata keçirilir.

— Nağdsız maliyyə dövriyyəsinin həcminin çoxalması xəzinədarlıq sisteminin daha çox inkşafını stimullaşdırır yoxsa geriləməsinə səbəb olur?

Ümumiyyətlə nağdsız əməliyyatların genişlənməsi bütün bank sisteminin inkişafına təkan verir. Belə ki, nağdsız əməliyyatlar banklara əlavə likvidlik verir, nağd pul dövriyyəsinə çəkilən xərcləri azaldır, bank sistemində yeni texnoloji proseslərin tətbiqinə imkan yaradır, pul dövriyyəsini artır və s.

— Qafqaz ölkələri ilə müqayisədə Azərbaycanın xəzinədarlıq sisteminin üstünlükləri hansılardır?

Digər ölkələrlə müqayisədə iqtisadiyyatımızın güclü olması, manatın sabitliyi və digər iqtisadi göstəricilər bank sistemində xəzinədarlıq sisteminin üstün olmasının bariz nümunəsidir.IMG 3865

— Azərbaycanın xəzinədarlıq sisteminin dünya standartlarına uyğunlaşması üçün ölkənin inzibati orqanları tərəfindən həll oluna biləcək hansı çox vaxt tələb olunmayan və vacib problemlər var?

İlk növbədə bankların maliyyə dayanıqlığın möhkəmləndirmək lazımdır. Bazarın əsas subyekti olan banklar güclü olmasa güclü maliyyə bazarlarından söhbət gedə bilməz. Buna görə də banklara dövlət tərəfindən dəstək lazımdır. Dövlət dəstəyi yalnız maliyyə dəstəyi ilə məhdudlaşmamalı, özündə kompleks tədbirləri birləşdirməlidir. Digər tərəfdən dövlət dəstəyi əvvəllər olduğu kimi 1-2 bankı deyil bütün bank sistemini əhatə etməlidir. Sağlam bank sağlam maliyyə bazarı deməkdir.

2-ci əsas faktor maliyyə bazarının digər iştirakçılarının inkişaf səviyyəsidir. Bura sığorta təşkilatları, investisiya şirkətləri, iri korporativ müştərilər və digər maliyyə institutları aiddir. Bu iştirakçıların bazara çıxış imkanlarının təşviq edilməsi, bazara çıxışının sadələşdirilməsi maliyyə bazarlarının inkişafına töhfə olar.

Təkmilləşməyə ehtiyacı olan 3-cü əsas sahə bazar infrastrukturudur. Bu istiqamətdə ilk növbədə hesablaşmalar zamanı klirinqin sadələşdirilməsi, ticarət terminallarına çixış imkanlarının genişləndirilməsi və bazarda mövcud alət və qiymətlər barədə operativ məlumatları özündə cəmləşdirən vahid informasiya sisteminin yaradılmasıdır.

— Xəzinədarlıq sistemində inkişafın əldə olunması üçün ölkəmizdə və dünyada hansı yeniliklər edilməsi gözlənilir?

Xəzinədarlıq sisteminin inkişafı ilk növbədə bank sisteminin və maliyyə bazarlarının inkişaf səviyyəsindən birbaşa asılıdır. Bununla əlaqədar ölkəmizdə “Maliyyə xidmətlərinin inkişafına dair” Strateji Yol Xəritəsi qəbul edilmişdir. Xəritədə maliyyə xidmətlərinin inkişaf etdirilməsi üçün 4 strateji məqsəd qarşıya qoyulmuşdur.

Maliyyə sisteminin daxili və xarici şoklara qarşı dayanıqlılığını artırmaq;

  • risk idarəetməsi proseslərinin keyfiyyətini artırmaq və tənzimləmə çərçivəsini təkmilləşdirmək;
  • maliyyə sisteminin infrastrukturunu gücləndirmək;
  • maliyyə sisteminin inkişaf potensialını artırmaq.

Qarşıya qoyulmuş məqsədlər üzrə nəzərdə tutulan tədbirlər tam icra edilərsə bu xəzinədarlıq sisteminin yeni mərhələyə qədəm qoyması deməkdir.

— Dünya maliyyə bazarında yeniliklərin məsələn Bitcoin kimi kriptovalyutanın dövriyyəsinin çoxalması və maliyyə münasibətlərində rolunun artması xəzinədarlıq sisteminin işinə mane olur ya hər hansı mənfi ya müsbət təsiri yoxdur?

“Bitcoin” heç bir əsası və mövcudluğu olmayan bir maliyyə aləti kimi çox riskli bir alətdir. Xəzinədar olaraq insanları belə bir alətlərdən uzaq olmağı məsləhət bilirəm. Bu tip alətlər daha çox maliyyə firildağı və çirkli pulların yuyulması üçün yaradılır. Xəzinədarlar daha çox maliyyə bazarlarında mövcud klassik alətlərdən istifadə edirlər. Məhz bu baxımdan “bitcoin” və bu kimi alətlərin bazarda olması yaxşı xəzinədar üçün bir “sürpriz” olmamalıdır.

— Departament olaraq ilin sonuna kimi müştərilərinizə hansı yenilikləri təqdim edəcəksiniz?

Bizim departament birbaşa müştərilərlə işləmir. Ancaq maliyyə bazarlarında mövcud olan bütün alətləri biz öz müştərilərimizə təklif edirik. Bizim əsas işimiz müştərinin tələb və sifarişini bazardakı mövcud maliyyə alətləri ilə təmin etməkdir.

— Ənənəvi sualımız, qarşıda hansı hədəfləriniz var?

Qarşıdakı hədəflərimiz bankın maliyyə dayanaqlığının qorunub saxlanılması, xəzinədarlıq hesabına gəlirliyin artırılması və “AG Bank”ın ilk TOP5 banklar siyahısına düşməsini təmin etmək.

Son xəbərlər
Digər xəbərlər