07 iyun 2019-cu il tarixində “AGBank” ASC səhmdarlarının Ümumi Yığıncağı keçiriləcək.
Bankdan Banker.az-a daxil olan məlumata görə, yığıncağın gündəliyinə İdarə Heyətinin 2018-ci il üzrə hesabatı; Audit Komitəsinin hesabatı; Bankın maliyyə nəticələrinin təsdiq edilməsi; Bankın nizamnaməsinə dəyişiklərin təsdiq edilməsi (nizamnamə kapitalının artması və “Banklar haqqında” AR qanununda edilmiş dəyişiklər ilə əlaqədar); Bankın nizamnaməsinin yeni redaksiyasının təsdiq edilməsi; Bankın İdarəetmə Orqanlarının əsasnamələrinin təsdiq edilməsi (“Banklar haqqında” AR qanununda edilmiş dəyişiklər ilə əlaqədar) kimi məsələlər daxil edilib.
Xatırladaq ki, “AGBank” ASC-nin hazırda nizamnamə kapitalı 103,8 mln. manatdır.








