12 C
Baku
Friday, March 29, 2024

AGBankdan 2X kampaniyası

AGBank, 01 noyabr 2018-ci il tarixindən 31 dekabr 2018-ci il tarixinə gədər yeni kampaniyaya start verir.

Kampaniyanın şərtlərinə əsasən, seyf özəyinin icarə müddətindən asılı olmayaraq, eyni müddətə hədiyyə olaraq təqdim edilir, yəni, müştəri neçə aylıq və ya illik icarə haqqı ödəyirsə, eyni müddətə tam ödənişsiz hədiyyə olaraq alacaqdır! Misal üçün, müştəri 6 aylıq icarə üçün ödəniş edərsə, seyf özəyindən 12 ay yararlana biləcəkdir.

Kampaniyanın Bankın 26-illiyinə həsr olunmuş hissəsi: Müştəri tərəfindən 12 ay müddətinə seyf özəyinin icarə haqqı ödənildikdə, 14 ay icarə pulsuz təqdim ediləcək və cəmi 12 aylıq ödəniş etməklə, müştəri ümumilikdə 26 aylıq  icarə əldə edir.

Qeyd edək ki, seyflərin mühafizəsi ən son təhlükəsizlik və qorunma texnologiyalarına etibar edilib. Belə ki, seyf otağı xüsusi olaraq nəzərdə tutulmuş həyəcan siqnalları, hərəkət və titrəmə detektorları ilə mühafizə olunur. Bundan əlavə, seyf otağının giriş qapısı yüksək qorunma kateqoriyasına aiddir və barmaq izinin oxunması funksiyası ilə təchiz edilib. Seyf qutuları qiymətli metallar, daş-qaşlar, valyuta, vacib sənədlərin istər əsli, istərsə elektron daşıyıcıda elektron versiyasını və digər əşyalarınızı mühafizə edə biləcəyiniz ən etibarlı yerdir. Hər bir qutunun iki açarı vardır. Hər iki açardan istifadə hüququ yalnız sahibinə məxsusdur.

Bu kampaniya ilə bağlı daha ətraflı və AGBankın diqər məhsul və xidmətləri barədə məlumat almaq üçün www.agbank.az saytına, 135 Sorğu Mərkəzinə və ya Bankın sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
AGBank. Zəngin olmaq – haqqınızdır!

 

Son xəbərlər
Digər xəbərlər