Martın 4-də “AGBank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Bankın İdarə Heyətinin sədri Azər Mövsümovun verdiyi məlumata görə, yığıncaqda yalnız “AGBank”ın nizamnamə kapıitalının 100 milyon manat artırılmasına qərar verilib. Digər məsələlər, o cümlədən “AGBank”ın “Bank Standard”la konsolidasiyası məsələsi müzakirə obyekti olmayıb.
“Səhmdarlar ancaq kapitalın artırılmasına qərar verdilər. Bu da səhm emissiyası yolu ilə həyata keçiriləcək. Yəgin ki, yaxın 1 ay ərzində nizamnamə kapitalı 80 milyon manat artırılacaq, qalan 20 milyon manat isə tədricən kapitala əlavə olunacaq. Bu proses 1 ilə qədər çəkə bilər” – deyə Azər Mövsümov bildirib.
Xatırladaq ki, hazırda “AGBank”ın nizamnamə kapitalı 25 milyon manatdır.
Fins.az