20 C
Baku
Monday, May 20, 2024

“AGBank”ın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 23-də “AG Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Məlumata görə, yığıncaq saat 12.00-da “AGBank”ın Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 102A ünvanında yerləşən inzibati binasında baş tutacaq.

Yığıncağın gündəliyinə Bankın İdarə Heyətinin və Audit Komitəsinin hesabatının, maliyyə nəticələrinin təsdiq edilməsi, kredit təşkilatının özəl kredit bürosunda üzvlüyü haqqında məsələlər daxil edilib.

Xatırladaq ki, “AGBank” 1992-ci ildə “Azəriqazbank” adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 102,2 mln. manatdır. Bankın səhmlərinin 33,57%-i onun Müşahidə Şurasının sədri Çingiz Əsədullayevə, 4,28%-i Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), 2,45%-i “Kazimir Partners” şirkətinə, 5,79%-i Fərzulla Yusufova, 8,3%-i Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri), 45,61%-i isə 78 minoritar səhmdara məxsusdur.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər