6 C
Baku
Sunday, December 15, 2024

“AGBank”ın zərəri kəskin artıb. Yığılmış zərər 70 mln. manatı ötüb

“AGBank” ASC-nin cəmi faiz gəlirləri 62% azalıb.

Banker.az xəbər verir ki, bu barədə bankın 2018-ci ilin I rübünə olan maliyyə hesabatında deyilir.

Hesabata görə, bank yanvar-mart aylari ərzində 4,95 mln. manat faiz gəliri edib ki, bu da ötən il 12,9 mln. manat təşkil edirdi. Faiz xərcləri isə ötən illə müqayisədə 31%dən çox azalaraq 4,8 mln manat təşkil edib. Bankın xalis faiz gəliri cəmi 146 min manat təşkil edib.

Bankın qeyri-faiz gəlirləri 6,4 mln manat və qeyri-faiz xərcləri isə 8,8 mln manat təşkil edib. Beləliklə bankın ümümi gəlirləri ümümi xərclərini qarşılamayıb və bank ötən rüb ərzində 3,22 mln. manat zərər edib.

Kapital artımı aqibəti nə oldu?

Zərərdən sonra bankın illərdir yığılmış zərərinin 70,40 mln. manatının ötməsinə səbəb olub.  Bildirək ki, bankın 43,88 mln. manat təşkil edir. Burada 102,20 mln. nizamnamə kapitalı, yəni adi səhmlərdir.

Bankın məcmu kapitalı 40,89 mln. manatdır. Məcmu kapitalın adekvatlıq əmsalının azalaraq 6,92% düşüb. Qeyd edək ki, AMB tərəfindən bu norma 10%-dən aşağı olmamalıdır.

Məlumat üçün bildirək ki, ilin əvvəlində bankın səhmdarları bankın nizamnamə kapitalının 7 mln daha artırılması ilə bağlı qərar qəbul edib. Artımın yeni səhm emisyası ilə həyata keçirilməsi planlanılıb. Bankın açıqlamasında bildirilimişdi ki, səhmlərin yerləşdirilməsinə abunə yazılışı may ayının 26-da bitəcək.

Bankın aktivləri hazırda 504,29 mln. manat, cəmi öhdəliklər isə 460,41 mln. manat təşkil edir.

Xatırladaq ki, “AGBank”ın səhmlərinə 45,61% – 78 Minoritar Səhmdar, 33,57% – Çingiz Əsədullayev, 8,30% – Marçenko Qriqoriy, 5,79% – Fərzulla Yusifov, 4,28% – Beynəlxalq Maliyyə Korporasiyasi və 2,45% – Kazimir Partners Şirkəti (Böyük Britaniya) nəzarət edir

Son xəbərlər
Digər xəbərlər