Ağcabədi filialı, Əməliyyatlara Nəzarət şöbəsi, bölmə rəhbəri
Yaş: 23 – 33
Vəzifə öhdəlikləri:
- Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət etmək
- Müştərilərlə aparılan bütün növ kassa-hesablaşma əməliyyatlarının düzgün aparılmasına nəzarət etmək, onları yoxlamaq və avtorizasiyanı həyata keçirmək.
- Müştəri hesabları üzrə aparılan bütün əməliyyatlara nəzarəti həyata keçirmək və aparılmış bütün əməliyyatlar üzrə tam məsuliyyət daşımaq.
- Əməliyyat sahəsi üzrə sənədlərin arxivləşməsini təmin etmək və nəzarəti həyata keçirmək
- Filialda çalışan əməliyyat işçilərinin işinə funksional nəzarət etmək.
Vəzifəyə olan tələblər:
- Ali təhsil (iqtisadi təhsilə üstünlük verilir)
- Bank sahəsində mövcud olan qanunvericiliyi (mühasibatlıq və əməliyyat sahəsi üzrə) bilmək
- Bank və mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi
- İşdə dəqiqlik, ehtiyatlılıq, məsuliyyətlilik
- Komandada işləmək bacarığı
- MS office və uçot proqramlarında yaxşı işləmək qabiliyyəti
Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Ağcabədi filialı, Əməliyyatlara Nəzarət şöbəsi, bölmə rəhbəri” yazmağı unutmayın.