15 C
Baku
Sunday, November 24, 2024

Ağcabədidə xətlərin yenidən qurulmasına 3.5 milyon manat xərclənəcək

“Azərişıq” ASC “İtes Company” QSC ilə 3.5 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Ağcabədi rayonu, Pərioğlanları və Hacıbədəlli kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3 475 629 manatdır.

Qeyd edək ki, “İtes Company” QSC 2016-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2000 manatdır və qanuni təmsilçisi Bayram Əhmədovdur.

Son xəbərlər
Digər xəbərlər