7 C
Baku
Sunday, January 29, 2023

Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək

Ağdamdan Şuşaya Əsgərəndan keçməklə yeni avtomobil yolunun inşası planlaşdırılır.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanğın məlumat verib. Onun sözlərinə görə, yeni yolun inşasını Türkiyənin “Kolin İnşaat” şirkəti həyata keçirəcək. “Amma hələlik layihə plan şəklindədir və icrasına başlanılmayıb” – deyə, Cemal Yanğın əlavə edib.

Qeyd edək ki, “Kolin İnşaat” işğaldan azad edilmiş ərazilərdə bir sıra infrastruktur layihələrin icrasında iştirak edir. Şirkət Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun, Göygöldən Kəlbəcərə magistralın çəkilişində, Əhmədbəyli- Horadiz-Mincivan-Ağbənd avtomobil və Horadiz-Mincivan- Ağbənd dəmir yollarının, Qarabağda qurulan yeni hava limanlarının inşasında iştirakçıdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X