19 C
Baku
Friday, October 4, 2024

Ağdam ayaqqabı zavodu ildə 510 min cüt ayaqqabı istehsal etmək gücündədir

Ağdam Sənaye Parkında fəaliyyətə başlayan ayaqqabı zavodunun məhsulları daxili bazara çıxarılacaq.

Bunu Ağdam Sənaye Parkında yaradılan “BAFCO İnvest” MMC xüsusi təyinatlı ayaqqabı zavodunun istehsal üzrə direktoru Osman Yaylalı deyib.

Onun sözlərinə görə, “BAFCO İnvest” 2023-cü ildən etibarən, Ağdam Sənaye Parkında öz istehsal sahəsini yaradıb:

“Sənayi Parkının 2,5 hektarlıq ərazisinə fəaliyyət göstərən zavodda xüsusi keyfiyyətdə müxtəlif çeşidli və ayrı-ayrı fəsillərə uyğun ayaqqabılar istehsal edilir. Ayaqqabıların üst hissəsi təbii dəridən, alt hissəsi isə bükülmə, sürtünmə və aşınmaya davamlı olan materialdan hazırlanır”.

O.Yaylalı bildirib ki, zavodda istehsal edilən uzunboğaz çəkmə və ayaqqabılar təbii təsirlərə və kimyəvi maddələrə qarşı davamlılığı ilə seçilir:

“Zavod Almaniya istehsalı olan ən son model avadanlıqlarla təchiz edilib. Müəssisə ildə 510 min cüt ayaqqabı istehsal etmək gücündədir. “BAFCO İnvest”in məhsulları “Made in Azerbaijan” brendi altında daxili bazarlara çıxarılacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 19-da Ağdam Sənaye Parkında yeni istifadəyə verilən sənaye müəssisələrinin açılış mərasimi keçirilib.

Son xəbərlər
Digər xəbərlər