Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti tender elan edib.
Banker.az xəbər verir ki, tenderdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının (210 çarpayılıq) tikintisinin davamı (3-cü mərhələ) işlərinin aparılması nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 9.518.330 manatdır.
6,01 hektar torpaq sahəsində inşa edilən əsas xəstəxana binası zirzəmi və dörd mərtəbədən ibarətdir. Əsas xəstəxana binasından əlavə, kompleksə Yoluxucu xəstəliklər və Hemodializ korpusları, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Təcili Tibbi Yardım Stansiyası üçün binalar da daxildir.








