27 C
Baku
Tuesday, July 23, 2024

Ağdam Sənaye Parkında daha bir şirkətə rezident statusu verilib – qazbeton blok istehsal edəcək

“Eos Qrup” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Bununla da rezidentlərin sayı 18-ə çatıb.

Şirkət tərəfindən Sənaye Parkının ərazisində investisiya həcmi .7 mln. manat olan qazbeton blok istehsalı müəssisəsi yaradılacaq.

Bildirilib ki, 49 nəfər işlə təmin ediləcək.

Xatırladaq ki, şirkət 2013-cü ildə yaradılıb, 10 manat nizamnamə kapitalı var. Qanuni təmsilçisi Hüsniyə Məmmədova Məmməd qızıdır.

Son xəbərlər
Digər xəbərlər