5 C
Baku
Monday, December 30, 2024

Ağdam Sənaye Parkında ildə 2,1 milyon ədəd rulon divar kağızı istehsal ediləcək

“Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) divar kağızları istehsalı zavodu Ağdam Sənaye Parkında 1,6 hektar ərazidə yaradılıb. İnvestisiya həcmi 8 milyon manat olan müəssisə Azərbaycanda divar kağızları istehsal edən ilk zavoddur.

Bunu “Mister Decor” MMC-nin direktoru Əli Əliyev deyib.

Zavod rəhbəri bildirib ki, illik gücü 2,1 milyon ədəd rulon divar kağızının istehsalı olan müəssisədə 76 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Burada ən müasir texnologiyalardan istifadə edilir. Xammal Avropa ölkələrindən və Çindən idxal olunur. Dizaynlar İtaliya və Almaniyadan alınıb. Basqı dəzgahları isə Çin məhsuludur. Zavodda istehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır. Hazırda Özbəkistan zavodun məhsulları ilə maraqlanır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə zavodda istehsal edilən divar kağızlarından istifadə olunur.

“Mister Decor” MMC-yə 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti statusu verilib. MMC sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 400 min manatdan çox vəsaitə qənaət edib.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 19-da “Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyətinin divar kağızları istehsalı zavodunun açılışında iştirak edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər