22 C
Baku
Saturday, June 25, 2022

Ağdam Sənaye Parkının ərazisində Rusiyanın iştirakı ilə müəssisə yaradılır

Azərbaycanın “Rail Trans Service” şirkəti ilə Rusiyanın dəmir yolu nəqliyyatı infrastrukturunun istehsalı üzrə ixtisaslaşan “1520” Şirkətlər Qrupu arasında Ağdam Sənaye Parkında dəmiryolunun avtomatlaşdırılması və telemexanika sistemlərinin layihələndirilməsi, tikintisi və tətbiqi üzrə birgə müəssisənin təşkili barədə razılıq əldə olunub.

Rusiya şirkəti siqnalizasiya, mərkəzləşdirmə və bloklama üçün qabaqcıl avtomatlaşdırma sistemləri sahəsində təcrübəsini azərbaycanlı tərəfdaşları ilə bölüşəcək. Bu sistemlərin Azərbaycanda Ağdam Sənaye Parkının ərazisində istehsalının təşkili istiqamətində də işlər aparılacaq. “1520” Şirkətlər Qrupunun beynəlxalq layihələr üzrə baş direktorunun müavini Dmitri Bolotskinin sözlərinə görə, bu, qısa müddətdə Azərbaycanda müasir dəmir yolunun avtomatlaşdırılması sistemini qurmağa imkan verəcək.

“1520” Şirkətlər Qrupu “Rail Trans Service” şirkəti ilə birgə Böyük Kəsik-Ucar dəmir yolu hissəsinin siqnalizasiya, mərkəzləşdirmə və bloklama sistemlərinin modernləşdirilməsi layihəsini başa çatdırıb. Hazırda keçidin bütün stansiyalarında yeni dəmir yolu siqnalizasiyası ilə qatarların dəyişən cərəyanla hərəkətinə başlanılıb.

 

Son xəbərlər
Oxşar xəbərlər