Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksi ilə bağlı müsabiqə elan edilib.
Banker.az xəbər verir ki, “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən Ağdam şəhərində İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisi ilə bağlı müsabiqə elan olunub.
Layihənin ehtimal olunan dəyəri 44 170 800 manat təşkil edir.
Satınalan təşkilatın hüquqi ünvanı Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84 olaraq göstərilib.







