Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən indiyədək 149,7 milyon manat sərmayə yatırılıb.
İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib ki, parkda 30 biznes subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
Ölkənin ikinci ən böyük sənaye parkında indiyə kimi 1000-ə yaxın daimi iş yeri yaradılıb. İşə qəbul zamanı Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir ki, bu da bölgədə məşğulluğun artmasına töhfə verir.
Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, həm də ixrac edilir.






