5 C
Baku
Monday, December 23, 2024

Ağdam Sənaye Parkına yatırılan investisiyanın məbləği açıqlanıb

Fəaliyyətə başlayan yeni müəssisələr tərəfindən Ağdam Sənaye Parkına ümumilikdə 40 milyon manatdan artıq investisiya yatırılıb, ilkin mərhələdə 150-dən çox daimi iş yeri yaradılıb, növbəti mərhələdə isə bu iş yerlərinin sayının 456 nəfərə çatdırılması nəzərədə tutulur.

Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Ağdam Sənaye Parkında açılışında iştirak etdiyi yeni müəssisələrin fəaliyyətə başlaması ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcək və ixrac coğrafiyasını genişləndirəcək:

“Ötən gün ölkə tarixində ən əlamətdar hadisələrdən birinin şahidi olduq. Dövlət başçısının iştirakı ilə Ağdam Sənaye Parkında altı sənaye müəssisəsinin açılış mərasimi baş tutdu. Sənaye Parkında yeni açılan müəssisələr elektrik paylayıcı avadanlıqların və elektrik yuvaları, dam və fasad örtükləri, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatları, divar kağızları, müxtəlif növ ayaqqabıların, avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı ilə məşğul olacaqlar.

Bu altı müəssisənin açılışı ilə ölkənin sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı ümumilikdə 79-a çatdırılıb. Yeni müəssisələrin fəaliyyətə başlaması ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcək, ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək, ən əsası isə Qarabağın dirçəldilməsinə kömək göstərəcək”.

 

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər