22 C
Baku
Saturday, September 28, 2024

Ağdam Sənaye Parkında 12.4 milyon manat sərmayə ilə yeni rezident qeydə alındı

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında yeni rezident qeydə alınıb.

Banker.az xəbər verir ki, bu, “Qarabağ Yem Fabriki” MMC-dir.

Müəssisədə quşçuluq sahəsi üzrə yüksək keyfiyyətli yem istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 12.4 milyon manat olan müəssisədə 80 nəfər işlə təmin olunacaq.

İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı ixracı da nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər