Bu ilin sonuna qədər Ağdam Sənaye Parkında daha 6 müəssisə fəaliyyətə başlayacaq.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov bildirib.
“Parkda 27 müəssisə qeydiyyatdan keçib ki, bunun da 21-i rezident, 6-sı isə qeyri-rezident statusludur. Onların layihələrinin ümumi dəyəri 195,5 milyon manatdır. Bu il artıq 1 müəssisə fəaliyyətə başlayıb, 6 müəssisənin isə açılışı gözlənilir. Eyni zamanda daha 10 müraciət üzərində iş gedir. Onların da 6-sı rezident statusu almaq üzrədir”, – deyə o qeyd edib.