10 C
Baku
Sunday, December 22, 2024

Ağdam Sənaye Parkında daha bir biznesə rezident statusu verilib – 2.2 mln. manatlıq sərmayə!

Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib.

Bu barədə Banker.az iqtisadiyyat naziri Mikayıl Cabbarovun tvitinə istinad edir.

Bildirilir ki, “Ağdam Süd” MMC tərəfindən investisiya həcmi 2,2 mln. manat olan süd məhsullarının istehsalı müəssisəsi yaradılacaq və 40 nəfər işlə təmin ediləcək.

Xatırladaq ki, “Ağdam Süd” MMC 2022-ci ildə yaradılıb, 10 manat nizamnamə kapitalı var. Şirkətin qanuni təmsilçisi Azər Şükürov Əkbər oğludur.

Son xəbərlər
Digər xəbərlər