7 C
Baku
Thursday, December 12, 2024

Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb

Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və artıq Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Nazirlikdən veriləm məlumata əsasən, parka ayrılmış 190 hektar ərazinin 74 hektarı artıq minalardan təmizlənib, elektrik enerjisi və su təchizatı sistemi qurulub.

Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb. Əraziyə 10 kV-luq elektrik xətti çəkilib və 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb. Belə ki, işğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb.

Sənaye Parkının təşkili işləri davam etdirilir.

Qeyd edək ki, Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, regionunun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 28 may tarixli Fərmanı ilə Ağdam Sənaye Parkı yaradılıb.

Son xəbərlər
Digər xəbərlər