17 C
Baku
Sunday, May 5, 2024

Ağdam Sənaye Parkında yeni qeyri-rezident qeydiyyata alınıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə – “Kontakt Kaspi” MMC-yə qeyri-rezident statusu verilib.

Banker.az xəbər verir ki, şirkət Parkda beton məmulatların istehsalı müəssisəsi inşa edəcək.

İndiyə qədər Ağdam Sənaye Parkında 12 sahibkarlıq subyekti rezident, 4 sahibkarlıq subyekti isə qeyr-rezident kimi qeydiyyatdan keçib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər