11 C
Baku
Thursday, January 2, 2025

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

Ağdam Sənaye Parkındakı divar kağızları istehsalı zavodunda 2024-cü ilin sentyabr ayından istehsala başlanılıb. Müəssisədə istehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur. Artıq Gürcüstana ilk məhsul ixracı həyata keçirilib. 2025-ci ildə istehsalın 30 faizi, 2026-cı ildən isə 50 faizdən çoxu ixrac üçün nəzərdə tutulub. Hazırda Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanla danışıqlar aparılır.

Bunu divar kağızları istehsalı zavodunun rəhbəri Əli Əliyev deyib.

O bildirib ki, 1,5 hektar ərazidə yerləşən zavod Cənubi Qafqazın ilk divar kağızı istehsalı müəssisəsidir. Burada istehsal prosesi tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Hazırda 8 saatlıq iş prosesi ilə fəaliyyət göstərən müəssisədə 20 nəfər işlə təmin edilib. Gələcəkdə işçilərin sayının 60 nəfərə çatdırılması planlaşdırılır.

Hazırda müəssisədə günlük istehsal 2000-2500 rulondur. Yeni ildən 16 saatlıq iş rejiminə keçilməsi və günlük 5000 rulon divar kağızı istehsalı nəzərdə tutulub.

Mənbəazərtac
Son xəbərlər
Digər xəbərlər