İqtisadi Zonaların İnkişafı Agentliyi publik hüquqi şəxsi “İma-Energy” QSC ilə 67.4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Ağdam və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarının ərazisində elektrik qurğularının tikinti və elektrik quraşdırma işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 67.365.495 manatdır.