Ağdam və Cəbrayılda sənaye parklarına investisiya qoyuluşu 200 milyon manat məbləğində qiymətləndirilir

Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının ərazilərində müəssisələrin yaradılmasına ümumi investisiya qoyuluşu 200 milyon manat ($117.64 milyon) məbləğində qiymətləndirilir.

Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında 31 sahibkarlıq subyektinə rezidentlik və qeyri-rezidentlik statusu verilib.

“Bu sahibkarlıq subyektləri tərəfindən 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə məlumatda bildirilir.

2021-ci il mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Parka 190 hektar ərazi ayrılıb.

Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye parkı 200 hektar ərazini əhatə edir.

Son xəbərlər
Digər xəbərlər