10 C
Baku
Wednesday, December 11, 2024

Ağdam və Gədəbəy rayonlarına yeni icra başçıları təyin olunub

Prezident İlham Əliyev Vaqif Həsənovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Banker.az xəbər verir ki, sərəncamla Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, Vaqif Həsənov Bakının Xəzər Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini idi.

Eləcə də, dövlət başçısının digər sərəncamı ilə İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Mustafayev, daha öncə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi vəzifəsində çalışıb.

Son xəbərlər
Digər xəbərlər