10 C
Baku
Wednesday, November 20, 2024

Ağdama köç bu tarixdə başlayacaq

Ağdamın 2-ci yaşayış məhəlləsində 11 kvartalda 1268 mənzilin tikintisi planlaşdırılır. Bu barədə Ağdam və Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.

Qeyd olunub ki, Sarıcalı kəndində 203, Xıdırlı kəndində 719, Kəngərli kəndində isə 292 fərdi evin eləcə də iaşə obyektlərinin tikintisi davam edir. İTV-də bildirilib ki, bu ilin sonunda Ağdama ilk köç başlayacaq.

Qurumun mətbuat katibi Leyla Sarabi bildirib ki, Ağdamın Baş Qərbənd kəndi ən böyük kəndlərindən biridir. O qeyd edib ki, bu kənd “Ağıllı kənd” layihəsi olaraq inşa olunacaq.

“Kənddə Azərbaycan Respublikasının vəsaiti hesabına Slovakiyalı mühəndislər tərəfindən ağıllı həllər icra olunacaq. Kəndin ümumi sahəsi 476 hektardır. İlkin mərhələdə 275 hektar ərazidə 851 fərdi ev tikilməsi planlaşdırılır. Eləcə də burada alternativ enerji mənbələrində, Yaşıl enerjidən, tullantıların utilizasiyasından istifadə olunması da nəzərdə tutulur”, – mətbuat katibi kanala açıqlamasında deyib.

Mənbəmodern.az
Son xəbərlər
Digər xəbərlər