14 C
Baku
Saturday, November 23, 2024

Ağdamda 5 hektarlıq mərkəzi park salınacaq

Yenidən qurulan Ağdam şəhərinə köçürələcək keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bütün addımlar atılır.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni salınan yaşayış kopleksləri ilə yanaşı Ağdam şəhərində 5 hektar ərazidə mərkəzi park salınacaq. Mərkəzi parkın ümumi ərazisi dörd zonaya – Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarına ayrılacaq: “Burada mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri, aktiv oyun zonaları fəaliyyət göstərəcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq. Park Ağdam sakinləri ilə yanaşı şəhərin qonaqlarının, turistlərin istirahəti üçün də, ən gözəl məkanlardan biri olacaq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər