27 C
Baku
Wednesday, June 26, 2024

Ağdamda 90 milyon manata yaşayış binaları tikiləcək

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs 5 şirkətlə 90 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, “AS-Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Ağdam rayonu Kəngərli kəndində tikintisi nəzərdə tutulan qeyri-yaşayış binaları (2 mərtəbəli inzibati bina, klub-icma mərkəzi, məktəb və bayraq meydanının) üzrə tikinti-quraşdırma işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 8.114.869 manat təşkil edir.

“EL-Seym İnşaat” QSC ilə olan müqavilədə “Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 9-cu məhəllə üzrə 144 mənzildən ibarət (2,3,4,5 otaqlı ) 7 ədəd yaşayış binalarının (3,4,5,6,7 mərtəbəli) tikintisi” işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin məbləği 20.022.927 manatdır.

“Azəraqrartikinti” ASC ilə dəyəri 18.701.806 manat və 16.845.068 manat olan müqavilələr müvafiq olaraq Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 10-cu məhəllə üzrə 120 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 6 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi işlərinin satın alınması və “Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 1-ci məhəllə üzrə 112 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 5 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi”dir.

“Rabitəinşaat” ASC və “Ricon” MMC  ilə bağlanan müqavilələrdə “Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 1-ci məhəllə üzrə 112 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 5 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi” və Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 2-ci məhəllə üzrə 92 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 4 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7mərtəbəli) tikintisi işlərinin satınalınması nəzərdə tutulur. Bu müqavilələrin məbləği 13 771 248 manat və 12.049.271 manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər