17 C
Baku
Wednesday, October 29, 2025

Ağdamda aqrar şəhərcik yaradılacaq

Ağdam rayonunda Aqrar şəhərciyin yaradılması məsələsi ilə əlaqədar Azərbaycan və Belarus hökumətlərinə müvafiq tapşırıqlar verilib.

Bunu Baş nazirin müavini Samir Şərifov deyib.

Qeyd edək ki, Samir Şərifov Belarusun Baş nazirinin müavini Natalya Petkeviçlə Ağdama səfər edib.

O bildirib ki, verilən tapşırıqlar əsasında həm iki ölkə arasında komissiya çərçivəsində, həm də Qarabağa səfər zamanı yerində müzakirələr aparılıb:

“Görülən işlərin icra vəziyyəti ilə tanış olunub. Tapşırıqlara uyğun olaraq artıq proses başlayıb. Hazırda Belarus tərəfindən Ağdam rayonunun Qızıl Kəngərli kəndində layihələndirmə işləri aparılır. Həmin ərazidə quşçuluq təsərrüfatı, həmçinin ət və süd istehsalı müəssisələrinin qurulması planlaşdırılır. Prezidentin xüsusi tapşırığına əsasən, Azərbaycan özünü quş ətinin daxili istehsalı üzrə tam təmin etməlidir. Layihələndirmə işləri daha çox Belarus tərəfindən həyata keçiriləcək. Quşçuluq, ət və süd istehsalına investisiya qoyuluşu isə Azərbaycan tərəfindən təmin olunacaq”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər