10 C
Baku
Thursday, December 12, 2024

Ağdamda dəmir yolu və avtovağzal kompleksi inşasına başlanılıb

Ağdamda dəmir yolu və avtovağzal kompleksinin tikintisinə başlanılıb.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, layihədə son razılaşdırma işləri gedir: “Hazırda Qarabağda bizim iki layihəniz həyata keçirilir. Bunlardan biri Bərdə-Ağdam layihəsidir ki, artıq layihənin böyük hissəsi tamamlanıb”.

O qeyd edir ki, Ağdam şəhərinə qədər dəmir yolu xətti çəkilib: “Ümumilikdə layihənin 85%-i icra olunub. Sadəcə son stansiyalar- Təzəkənd, Bərdə, Köçəri stansiyalarının tikintisi həyata keçirilir və yaxın vaxtlarda yekunlaşacaq”.

R. Rüstəmov bildirib ki, Horadiz-Ağbənd layihəsi üzrə isə işlərin 45%-i həyata keçirilib: “Layihə sürətlə həyata keçirilir. Layihənin yekunlaşdırılması 2025-ci ilə nəzərdə tutulub”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər