Ağdamda dəmir yolu və avtovağzal kompleksinin tikintisi 2024-cü ilin sonuna yekunlaşması nəzərdə tutulub.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuğu” panelində deyib.
O bildirib ki, uzunluğu 44 kilometr olan Bərdə-Ağdam avtomobil yolu isə artıq yekunlaşmaq üzrədir: “Ağdamda kəndlərdə və yaşayış məntəqələrində də artıq torpaq işlərinə başlanılıb və bu yaxınlarda Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində evlərin tikintisinə başlanacaq. Digər kəndlər isə layihələndirmə prosesindədir”.